Qroznıda kilsəyə basqın olub, insanları girov götürmək istəyən silahlılar məhv edilib

19-05-2018, 18:46
Oxunub: 307
"Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür"


Qroznıda kilsədə ibadət edən insanları girov götürmək istəyən silahlılar məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

O bildirib ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada bir polisin aldığı güllə yarasından öldüyü, birinin isə yaralandığı bildirilir. 

R. Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: "Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb".

Qeyd edək ki, kilsə Qroznı şəhərinin mərkəzində yerləşir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti