İran Birləşmiş Ərəb Əmirliyinə 18 milyard dollar cərimə ödəyəcək

19-05-2018, 17:37
Oxunub: 274
İranı məhkəməyə vermişdi


Haaqa Beynəlxalq Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliyinə 18 milyard dollar cərimə ödəməsi barədə qərar qəbul edib.

Report “Timeturk”ə istinadən xəbər verir ki, bunu İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi ölkədə çıxan “Şərq” qəzetinə müsahibəsində bildirib.

İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirilib ki,  Mahmud Əhmədinejadın prezidentliyi dövründə rəsmi Tehran Birləşmiş Ərəb Əmirliyinin “Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozub.

İran Milli Neft Şirkəti ilə “Crescent Petroleum” arasında müqavilə 2001-ci ildə imzalanıb. Müqavilə şərtlərinə əməl etmədiyi üçün şirkət İranı məhkəməyə vermişdi. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti