Atatürkün düşüncə tərzinin formalaşmasında təsirli olan hadisələr və şəxslər

19-05-2018, 16:30
Oxunub: 393
Atatürkün düşüncə sistemini biçimləndirən digər məsələ isə dünyanın siyasi arenasında baş verən hadisələr olur


Atatürkün düşüncə tərzinin formalaşması üçün təsirli olan faktorlardan birincisi Osmanlı dövlətinin sosial, siyasi və iqtisadi vəziyyəti olur. İkincisi isə dünyada meydana gələn hadisələrdir.

Bu düşüncə sisteminin formalaşmasında əsas səbəb Osmanlı dövlətinin mütləqiyyət və məşrutə ilə idarə olunması idi. Ölkəni idarə etmək səlahiyyəti təkcə padşaha aid idi (mütləqiyyət). Dövlətin son dönəmlərində isə məşrutə (konstitusiya) idarə sistemi qəbul edilir. Amma padşah və İstanbul Hökuməti ölkəyə yaxşı rəhbərlik edə bilmir və ölkə zəifləyir. 

Təsir edən amillər arasında bunlar olmuşdur: Dövlətin zəifləməsi ilə Avropanın Osmanlı Dövləti üzərindəki siyasi təzyiqlərini artırması; Fransa İnqilabı ilə yayılan millətçilik düşüncələrinin təsiri və Avropa dövlətlərinin təhriki ilə Osmanlı dövləti içindəki milli azlıqların (rumlar, serblər, ermənilər) öz dövlətlərini qurmaq üçün ayağa qalxmaları və Osmanlı dövlətinin tərkibindən ayrılmaqları; Kapitulyasiyalar və uzunmüddətli müharibələr səbəbilə Osmanlı dövlətinin iqtisadiyyatının büdrəməsi və Avropa dövlətlərindən asılı hala gəlməsi; Gərgin iqtisadi şəraitdən və təhsilsizlikdən dolayı Osmanlı xalqının çətin vəziyyətdə olması; Birinci dünya müharibəsindən sonra imzalanan Mudros müqaviləsi ilə Osmanlı ordusunun dağılması və ölkənin işğalı.

Atatürkün düşüncə sistemini biçimləndirən ikinci məsələ isə dünyanın siyasi arenasında baş verən hadisələr olur. Fransız İnqilabı nəticəsində meydana gələn müstəqillik, suverenlik, millətçilik, demokratiya və sekulyarlıq (dinin dövlətdən ayrılması) kimi fikirlər ona nüfuz edir. Avropada Renessansdan (İntibahdan) sonra ortaya çıxan rasionalizm və elmi düşüncələrdən də maraqlı məqamları mənimsəyir. Dünyada mütləqiyyət və məşruiyyətlə idarə edilən dövlətlərin əksinə xalqın suverenliyinə əsaslanan demokratik dövlətlərin qurulmasından tərəf olur.

Atatürkün düşüncə həyatında rolu olan şəxslər və kitablar:

Mustafa Kamal Namiq Kamal, Jan Jak Russo, Ziya Gökalp, Filibeli Əhməd Hilmi, Mustafa Cəlaləddin, Leon Kahun, Jözef dö Gini, Leon Kaetani, Herbert Uells, Artur de Qobino, Yevgeni Pitard kimi şəxslərdən ilhamlanır.

Məşruiyyət dönəminə təsir edən şəxslər: Namiq Kamal, Tofiq Fikrət

Fransız İnqilabı, rasionalizm və pozitivizmin izləri: Jan Jak Russo

Məşruiyyət dönəminin həqiqi fikir adamları: Ziya Gökalp, Filibeli Əhməd Hilmi

Türk tarixinin əskikliyi: Mustafa Cəlaləddin, Leon Kahun

Türk tarixi və sivilizasiyasını bütün kimi araşdırmaq: Jözef dö Gine

İslam tarixini fərqli bucaqdan şərh etmək: Leon Kaetani

Dünya tarixi və federasiya problemi: Herbert Uells
Tərcümə: Xuraman Məmmədova
Mənbə: ataturkhayati.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti