Şahzadə Harri və Meqan Marklın toyuna məşhurlar toplaşıb

19-05-2018, 17:54
Oxunub: 306
Aktrisa Kressida Bonas da gəliblər


Vindzor kilsəsində şahzadə Harri və Meqan Marklın toyuna məşhurlar toplaşıb.

Report BBC-yə istinadən xəbər verir ki, Müqəddəs Georgi Kilsəsinə toplaşan 600 qonaq arasında kral ailəsinin üzvləri, kraliça II Yelizaveta, eləcə də amerikalı teleaparıcı Opra Uinfri, aktyorlar İdris Elba və Corc Kluni, Viktoriya və Devid Bekhem, britaniyalı pop müğənni Ceyms Blant, Elton Con, tennisçi Serena Uilyams və başqaları var.

Toya şahzadə Harrinin keçmiş sevgililəri - 2004-2010-cu illərdə sevgili olduğu, həmçinin məktəbdən dostu olan Çelsi Devi və 2012-2014-cü illərdə bir yerdə olduğu aktrisa Kressida Bonas da gəliblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti