Rusiyada müxalifət yeni partiya təsis edib

19-05-2018, 17:15
Oxunub: 267
30 sutka azadlıqdan məhrum edilib


Bu gün Rusiyada müxalifət lideri Aleksey Navalnının tərəfdarları Gələcəyin Rusiyası Partiyasını təsis ediblər.

Report “dw”yə istinadən xəbər verir ki, bunu Aleksey Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

Onun sözlərinə görə, qurultayın 124 iştirakçısı yekdilliklə partiyanın yaradılmasına səs verib. Tədbirdə A.Navalnı iştirak etməyib. O, mayın 5-də Moskvada keçirilən kütləvi etiraz aksiyasını təşkil etdiyi üçün 30 sutka azadlıqdan məhrum edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti