Qaradağ Maşınqayırma Zavodu səhmdarlarına hesabat verəcək

19-05-2018, 17:30
Oxunub: 222
Onun nizamnamə kapitalı 243 506 manatdır


İyunun 29-da, saat 11:00-da “Qaradağ Maşınqayırma” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Report xəbər verir ki, yığıncaq zavodun yerləşdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsi, 13 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2017-ci ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi və qarşıda duran məsələlərin müzakirə olunması daxildir.

Xatırladaq ki, “Qaradağ Maşınqayırma” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 243 506 manatdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti