DİM TOEFL və SAT imtahanları keçirib

19-05-2018, 16:09
Oxunub: 263
2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur


Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL və SAT imtahanları keçirilib. 

Bu barədə Report-a DİM-in Mətbuat xidmətindən məlumat verilib.

İmtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.

TOEFL imtahanında 1 xarici vətəndaş olmaqla 8 nəfər, SAT imtahanında isə 41 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL və SAT (Subject) imtahanlarının 2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti