Azərbaycan güləşçiləri hərbçilər arasında dünya çempionatında daha 3 medal qazanıb

19-05-2018, 16:05
Oxunub: 260
11 medal qazanıb


Azərbaycanın daha bir güləşçisi Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında keçirilən 33-cü dünya çempionatında qızıl medal qazanıb.

Report-un məlumatına görə, 77 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsən Əliyev final görüşündə rusiyalı Çingiz Labazanovu 5:2 hesabı ilə yenib. O, hərbçilər arasında ikinci dəfə dünya çempionu olub. Daha əvvəl H.Əliyev 2016-cı ildə Makedoniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Digər çəkilərə gəldikdə, Rafiq Hüseynov (82 kq) 5:2, İslam Abbasov (87 kq) 8:1 hesabı ilə almaniyalı rəqiblərinə qalib gələrək bürünc medala sahib olublar.

Beləliklə hərbçilər arasında dünya çempionatında Azərbaycan yığma komandası 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə, 11 medal qazanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti