Atatürk bir lider kimi - 137 il

19-05-2018, 15:30
Oxunub: 425
"Ağlın və məntiqin həll edə bilməyəcəyi məsələ yoxdur"


Atatürkün anadan olmasından 137 il ötür. Türkiyə dövlətinin qurucusu, Şərq aləmində ilklərin müəllifi, eləcə də, türkün atası sayılan Mustafa Kamalın liderlik xüsusiyyətləri haqqında  Etatist.com sizə bir yazı təqdim edir:

Atatürkün şəxsi xüsusiyyətlərindən biri də böyük lider olmasıdır. Liderlik Atatürkün həyatının hər dönəmində daim ön planda olub. O, Milli Mübarizənin qurucusudur. Çanaqqala döyüşündə cəbhədəki ən çətin günlərin birində türk əsgərlərinə xitabən dediyi "Mən sizə savaşmağı deyil, ölməyi əmr edirəm" sözü orduya böyük mənəvi güc verir və digər cəbhələrdə əldə edilən nailiyyətlərin nəticəsi Qurtuluş Savaşının zəfəri olur. Atatürk hər mənada Milli Mübarizənin lideri olur, əldə etdiyi bütün müvəffəqiyyətləri türk millətinə həsr edir, bununla da, bənzərsiz liderlik anlayışı olduğunu göstərir. Atatürkün liderlik xüsusiyyətlərinin özülündə vətənsevərlik, həqiqət axtarışı, idarəçilik, uzaqgörənlik, səbir və nizam-intizam anlayışı, açıqsözlülük, idealist olmaq, məntiqlilik, çoxyönlülük, maarifçilik var.

Vətənpərvərlik

Vətən sevgisi Atatürkün ən önəmli məzaclarından biri olur. Vətənin müdafiəsi üçün heç bir fədakarlıqdan boyun qaçırmır. Bu müdafiəni hər şeydən önəmli və üstün tutan Atatürkün İstiqlal Savaşındakı zəfərində vətən sevgisi və türk millətinə olan inancı mühüm yer tutur.

İdealistlik

Atatürkün ən böyük idealı türk millətinin "mədəni və rifah səviyyəsi yüksək bir millət kimi varlığını ucaltması" idi. Bir idealist kimi ən qısa zamanda bu hədəfə çatmaq istəyirdi.

Həqiqət axtarışı

Həqiqəti axtarmaq və həqiqəti danışmaq Atatürkün üslubu idi. O, ağıl və elmə dəyər verirdi. Hadisələrə elm adamı kimi münasibət göstərərək həqiqəti tapmağa çalışırdı. "Ağlın və məntiqin həll edə bilməyəcəyi məsələ yoxdur", -  deyirdi.

İdarəçilik

Mustafa Kamal Atatürk yaxşı idarəçi kimi lazımi bütün xüsusiyyətlərə sahib idi. Kübar davranışları, dürüstlüyü, amiranə tərzi ilə hər zaman nümunə kimi göstərilib. İstər dövlət idarəsində, istərsə də, hərbi həyatı boyunca heç bir macəraya yer verməyib. "Böyük qərarlar vermək kafi deyil. Bu qərarları cəsarət və qətiyyətlə tətbiq etmək lazımdır" deyərək verdiyi qərarlarda israrla mövqeyini qoruyub və problemlərin öz istədiyi şəkildə çözülməsi üçün səy göstərib.

Uzaqgörənlik

Atatürk hadisələrin gedişatını dəyərləndirərək nəticəni təsbit edirdi. Çanaqqala Müharibələri ərzində düşmən donanmasının haradan hücum edəcəyini öncədən duyaraq lazımi tədbirlər görülməsini istəyib müharibənin nəticəsini dəyişdirir.

Səbir və nizam-intizam anlayışı

Atatürk önəmli qərarlarından öncə düşünür, tədqiq edir, araşdırır və müzakirə aparırdı. Sonra dəqiq qərarını verirdi. Verdiyi qərarın tətbiq zamanını isə səbirlə gözləyirdi.

Açıqsözlülük

Atatürk doğrunu deməkdən əsla çəkinmirdi. "Mən düşündüklərimi daim xalqın hüzurunda söyləməliyəm. Yanlışım varsa, xalqım məni təkzib edər."
Tərcümə: Xuraman Məmmədova
Mənbə: ataturkhayati.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti