ADIF bağlanmış bankların müştərilərinə krediti Hökumət Ödəniş Portalından ödəmək imkanı yaradıb

19-05-2018, 15:20
Oxunub: 242
Kredit borclarının ödənilməsi həyata keçirə bilərlər


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına inteqrasiyasını təmin edib.

Report Fonda istinadən xəbər verir ki, bağlanmış bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında “Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.

Müştəriləri portalın internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2 000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1 400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1 000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti