Moskvadan Astraxana gedən təyyarə məcburi eniş edib

19-05-2018, 14:59
Oxunub: 235
Hadisə nəticəsində xəsarət alan olmayıb


Moskva-Astraxan aviareysini həyata keçirən "Boeing 737" təyyarəsi Vnukovo havalimanına geri qayıtmalı olub.

APA-nın “İnterfax”-a istinadən verdiyi xəbərə görə, təyyarə havada ikən sağ mühərrikində problem qeydə alınıb.

Təyyarədə 170 sərnişinin olduğu bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, “Boeing 737 – 800” modelli təyyarələr 2014-2015-ci illərdə istehsal edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti