"Avropa İttifaqı Ermənistanın “Sasna tsrer” qruplaşmasını terrorçu kimi tanıyır"

19-05-2018, 14:35
Oxunub: 254
Bunu Ermənistanın “Jamanak” qəzeti yazıb


Avropa İttifaqı Ermənistanın “Sasna tsrer” silahlı qruplaşmasını terrorçu dəstə kimi tanıyır.

Report xəbər verir ki, bunu Ermənistanın “Jamanak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələr üzrə Departamanetin başçısı Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk Yerevanda Ermənistan Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüşub. Onlar Ermənistan tərəfinə Avropa İttifaqının siyasi məhbus saydığı şəxslərin siyahısın təqdim ediblər. Qəzet yazıb ki, həmin siyahıda “Sasn Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı var: “Bu isə o deməkdir ki, Avropa İttifaqı hələ də “Sasna Tsrer”ə terrorçu qruplaşma olaraq tanıyır”.

Xatırladaq ki, “Sasna tsrer" qruplaşması 2016-ci il iyulun 17-də Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub. Təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı qarşıdurma zamanı polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi.

Bu hadisəyə görə "Yeni Ermənistan" İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Qruplaşmanın başqa üzvlərinə də 5,5 - 2 il müddətinə həbs cəzası verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti