Kubada matəm elan olunub

19-05-2018, 10:53
Oxunub: 249
Qərar mayın 19-da, yerli vaxtla 06:00-dan mayın 20-i, saat 12:00-dək qüvvədə olacaq


Kubanın Dövlət Şurası Havana üzərində sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ölkədə matəm elan edib.

Report xəbər verir ki, bu barədə "Granma" qəzeti məlumat yayıb.

Qərar mayın 19-da, yerli vaxtla 06:00-dan mayın 20-i, saat 12:00-dək qüvvədə olacaq. Matəmlə əlaqədar dövlət orqanlarının binaları üzərində bayraqlar endiriləcək.

Xatırladaq ki, cümə günü Kubada göyərtəsində 110 nəfərin olduğu "Boeing" sərnişin təyyarəsi qəzaya uğrayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti