BMT-nin baş katibi ABŞ prezidenti ilə görüşüb

19-05-2018, 03:00
Oxunub: 275
“D.Tramp baş katibin BMT-nin səmərəliliyinin artırılması istiqamətində səylərini dəstəkləyib"


BMT-nin baş katibi Antoniu Quterreş və ABŞ prezidenti Donald Tramp arasında görüş olub.

APA-nın xəbərinə görə bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, Ağ Evdə baş tutan söhbət zamanı tərəflər Şimali Koreya, Suriya, İran və BMT-nin islahatları daxil olmaqla, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

“D.Tramp baş katibin BMT-nin səmərəliliyinin artırılması istiqamətində səylərini dəstəkləyib. Tərəflər müzakirə olunan məsələlərin həlli istiqamətində birgə iş aparacaqlarını vurğulayıblar”, məlumatda deyilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti