Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

19-05-2018, 01:35
Oxunub: 8965
Tədbirdə Azərbaycan Cümhuriyyətinin qurulması haqqında qısametrajlı film nümayiş olunub


Uşak Universitetinin Azərbaycanlı Tələbələri Azərbaycan Cümhuriyyətinin 100-cü illiyini qeyd etdilər.

Etatist.com-un xəbərinə görə Türkiyənin Uşak Universitetində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Uşak Şəhər Təmsilçiliyinin azərbaycanlı tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçiriblər.

Tədbirə Uşak Universitetinin Türkmənistan, Qazaxıstan eləcə də digər xarici ölkələrdən olan tələbələri qatılıblar.

Tədbirə açılış nitqi ilə başlayan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasi Uşak şəhər təmsilçisi Ramin Seyidov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa məlumat verib. Sonra qazaxıstanlı, türkmənistanlı tələblər çıxış edərək Azərbaycan Respublikasının 100 illiyi münasibətilə azərbaycanlı tələbələri təbrik ediblər.

Daha sonra Uşak Universitetində təhsil alan Orxan Həsənli çıxış edərək tədbirə qatılmış Uşak Universitetinin müəllimlərinə, xarici tələbələrə tədbirə qatıldıqları üçün öz dərin minnətdarlığını bildirib.

Uşak millət vəkili Mehmet Altay, İzmir Azərbaycan-Türkiyə Həmrəylik Dərnəyinin sədri Mülazım Pahsa və TADEF sədri Bilal Dündarın təbrik mesajları tədbir iştirakçılarına oxunub.

Çıxışlardan sonra Azərbaycan Cümhuriyyətinin qurulması haqqında qısametrajlı film nümayiş olunub.

Tədbir azərbaycanlı tələbələrin panel çıxışı ilə davam edib.

Panel çıxışçıları Uşak Universitetinin azərbaycanlı tələbələri Rüstəm Rüstəmov, Möhübə Ömərova və Orxan Əkbərlinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında hazırladıqları məqalələrdən danışaraq tədbir iştirakçılarına geniş məlumat veriblər.

Tədbirə ictimai fəaliyyətlərdə aktiv iştirak edən azərbaycanlı tələbələrə təşəkkürnamələrin təqdim edilməsi ilə yekun vurulub.

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib

Türkiyədəki azərbaycanlı tələbələr AXC-nin 100 illiyini qeyd edib


Orxan Yaquboğlu
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Berkay Akin 20 may 2018 03:08  

Bol şanslar dilerim kardeşim.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti