İsrail İordaniya ilə sərhəddə hündürlüyü 26 metr olan divarın tikintisini başa çatdırıb

18-05-2018, 19:38
Oxunub: 317
Hava limanının rəsmi açılışı 2019-cu ilin mart ayına planlaşdırılıb


İsrail 26 metr hündürlüyündə strateji müdafiə divarının İordaniya ilə sərhəddəki hissəsinin tikintisini başa çatdırıb.

Report xəbər verir ki, bu barədə “Al-Quds Al-Arabi” qəzeti məlumat yayıb.

Uzunluğu 4,5 km olan bu divar İsrailin cənubunda yerləşən Eylat şəhərinin yaxınlığındakı Timne rayonunda tikilməkdə olan “Ramon” beynəlxalq hava limanının təhlükəsizliyini təmin edəcək.

Bu, uzunluğu 34 km, hündürlüyü 6 metr olan müdafiə divarının bir hissəsidir. Layihənin dəyəri 52,4 milyon dollardır.

“Ramon” İsrail dövləti yarandıqdan sonra 70 il ərzində tikilən ilk mülki hava limanıdır. Onun tikintisi 3 ilə yaxındır davam edir. Hava limanının rəsmi açılışı 2019-cu ilin mart ayına planlaşdırılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti