İranın Milli Neft Tankeri Şirkətinin donanması 2021-ci ilədək qaz nəqli prosesinə qoşulacaq

18-05-2018, 19:08
Oxunub: 241
"Bizi xüsusi bir təhlükə gözləmir”


İranın Milli Neft Tankeri Şirkətinin donanması 2021-ci ilədək qaz nəqli prosesinə qoşulacaq.

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran Milli Neft Tankeri Şirkətinin baş direktoru, kapitan Nəsrullah Sərdəşti deyib. O bildirib ki, İran Milli Neft Tankeri Şirkətinin donanmasında hazırda 60 gəmi fəaliyyət göstərir: “Donanmanın yenilənməsi prosesi başlayıb. İndiyədək 4 gəmini istifadədən çıxartmışıq və bu il 2 300 min tonluq köhnə gəmi istismardan çıxarılacaq. 2021-ci ilədək bu gəmilərin yerinə öz donanmamıza yeni gəmilər almağı və qaz nəqli prosesinə qoşulmağı düşünürük”.

N.Sərdəşti deyib ki, şirkət 2021-ci ildə qaz nəqli prosesinə qoşulmaqla regionda hasil edilən qazı dünyanın digər bölgələrinə daşımağı planlaşdırır. 

N.Sərdəşti İran Milli Neft Tankeri Şirkətinin SOCAR-la əməkdaşlığına da toxunub: "Bizim SOCAR-la həmişə yaxşı əməkdaşlığımız olub və hazırda da bu əməkdaşlıq mövcuddur. Əlbəttə əməkdaşlığımız sanksiyalardan öncə daha geniş idi. Lakin indi də əməkdaşlığımız mövcuddur. Keçmişdə mövcud olan əlaqələri nəzərə alaraq SOCAR-la gələcək əməkdaşlıq perspektivini müsbət dəyərləndirirəm”.

N.Sərdəşti yeni sanksiyalar tətbiq olunacağı təqdirdə İran neft tankerlərinin sığorta probleminin yaranacağı ilə bağlı yayılan şayiələrə də münasibət bildirib: "Biz sanksiyaların ləğvindən sonra bazardakı payımızın 50 faizini geri qazana bildik. Uzun illər bizim şirkət sanksiyalara məruz qalıb. Sanksiyalar yenidən tətbiq olunsa, bu təcrübəmiz olduğu üçün və öncədən icra etdiyimiz quruluşa görə öz işimizi davam etdirə biləcəyik. Bizi xüsusi bir təhlükə gözləmir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti