Diaqnostik qiymətləndirmədən keçmək istəyən 13 min müəllimin ərizəsi təsdiqlənib

18-05-2018, 16:12
Oxunub: 325
13 000-ə yaxın müəllimin elektron ərizəsi təsdiq edilib, digərləri isə baxılma mərhələsindədir


Müəllimlərin diaqnostik qiymətləndirməsinə mayın 26-dan etibarən başlanılacaq.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak üçün 20 minə yaxın müəllimin elektron ərizəsi qəbul edilib.

13 000-ə yaxın müəllimin elektron ərizəsi təsdiq edilib, digərləri isə baxılma mərhələsindədir.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu may ayının 3-dən 11-nə kimi aparılıb. Əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.

2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti