Polşa naziri Azərbaycana gəlir

20-05-2013, 13:29
Oxunub: 678


Polşanın nəqliyyat naziri Slavomir Novak Azərbaycana səfərə gələcək. 

Bunu SalamNews-a Polşanın Azərbaycandakı səfiri Mixael Labenda bildirib.

O deyib ki, iyunun 21-də reallaşacaq səfər zamanı polşalı nazır Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iki ölkə arasında əlaqələrin gələcək inkişaf perspektivlərini və əməkdaşlıq formatlarını müzakirə edəcək.

Diplomatın sözlərinə görə, iyunda Polşa XİN və DİN müavininin rəhbərliyi altında digər nümayəndə heyəti də Azərbaycanda səfərdə olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti