Milli Məclisin plenar iclası başlayıb

18-05-2018, 14:00
Oxunub: 320
İclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq


Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Report-un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxildir.

Deputatlar Hesablama Palatasının hesabatını müzakirə edəcəklər.

Gündəliyə daxil olan "Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Dərman vasitələri haqqında" qanunlarına dəyişikliklər texniki xarakterlidir.

İclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq.

Bundan başqa, yeni hazırlanan "Ələt azad iqtisadi zonası haqqında" (üçüncü oxunuş) və "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirə olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti