Ekologiya və təbii sərvətlər naziri BP-nin nümayəndə heyətini qəbul edib

17-05-2018, 19:25
Oxunub: 254
Ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlikdə baş tutan görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb, ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti