Vladiqafqaz teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək

17-05-2018, 18:43
Oxunub: 286
"Vova möcüzələr ölkəsində" tamaşasını təqdim edəcək


Vladiqafqazın V.Txansayev adına Dövlət Akademik Milli Dram Teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində mayın 18-21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) qonağı olacaq.

Teatrdan Report-a verilən məlumata görə, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən, ölkəmizdə səfərdə olan V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını təqdim edəcək.

Paytaxt tamaşaçıları 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazanacaqlar. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur. Tamaşalar 18, 19, 20, 21 may tarixlərində dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti