Avropa Komissiyası altı ölkəni məhkəməyə verib

17-05-2018, 17:32
Oxunub: 215
Buna səbəb həmin ölkələrdə havanın təmizlənməsi üçün heç bir addım atılmamasıdır


Avropa Komissiyası Avropa İttifaqının 6 üzv dövlətini - Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Macarıstan və Rumıniya hökumətlərini məhkəməyə verib.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb həmin ölkələrdə havanın təmizlənməsi üçün heç bir addım atılmaması və ərazilərində ətraf mühitin çirklənməsi səviyyəsinin yüksək olmasıdır.

AK-nın bəyanatında Fransa, Almaniya və Böyük Britaniyanın havada azot dioksidin normadan artıq olmasına, İtaliya, Macarıstan və Rumıniyanın isə havada PM10 hissəciklərinin daim yüksək olmasına görə məhkəməyə verildiyi bildirilib.

Ətraf mühitin qorunması üzrə Avropa komissarı Karmenu Vella işləri bu gün məhkəməyə verilən üzv ölkələrə 10 il ərzində vəziyyəti düzəltmək üçün son şans verildiyini qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti