Azərbaycan-Avstriya biznes forumu keçirilib

17-05-2018, 15:24
Oxunub: 212
Azərbaycanın biznes və investisiya mühiti və Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib


Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Avstriya Federal İqtisadiyyat Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.

Nazirlikdən APA-Economics-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Avstriya tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, İKT, konsaltinq, tikinti, maşınqayırma, metallurgiya, yanğınsöndürmə avadanlıqları, logistika, mebel istehsalı, tullantıların təkrar emalı, mühafizə sistemləri, nəqliyyat, tikinti, təhsil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.

Avstriya Federal İqtisadiyyat Palatasının idarə rəisi Konstantin Bekos Azərbaycan-Avstriya işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini diqqətə çatdırıb, təmsil etdiyi qurumun AZPROMO ilə fəal əməkdaşlıq etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Sonra Azərbaycanın biznes və investisiya mühiti və Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti