Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

17-05-2018, 15:18
Oxunub: 208
Qəbul Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək


Vergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib. 

Bu barədə Report-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbul mayın 30-u saat 11:00-da Şamaxı şəhərində Bakı-Qazax şossesinin 118-ci km-də yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti