Neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə 80 dolları keçib

17-05-2018, 15:12
Oxunub: 246
"Brent" markalı neftin qiyməti London birjasında 1,1% artaraq 80,18 dollara satılır


Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır.

Report-un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Brent" markalı neftin  qiyməti  London birjasında 1,1% artaraq 80,18 dollara satılır.

Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla nüvə sazişindən çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.

Qeyd edək ki, Bakı vaxtı ilə səhər saatlarında "Brent" markalı neftin qiyməti  79 dollar/barelə yaxın idi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti