İtkin düşən alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna gətirilib

17-05-2018, 15:08
Oxunub: 267
F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq


Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq. 

Qeyd edək ki, “Gilavar” Havavə Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti