I rübdə BP SOCAR-a 5,8 mln. kubmetr səmt qazı verib

17-05-2018, 14:54
Oxunub: 264
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub


Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,8 mln. kubmetr səmt qaz verilib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən APA-Economics-ə verilən məlumata görə, ümumilikdə isə bu yataqlardan 525 mln. kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Statoil” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti