Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi 10 dəfə artıb

17-05-2018, 11:54
Oxunub: 263
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% azdır


Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 480 mln. 13 min kv/saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosunun “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”na (ESCO) istinadən verdiyi xəbərə görə bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% azdır. 
 
Hesabat dövründə qonşu ölkə Rusiyadan 17,8 mln. kv/saat, Ermənistandan 7 mln. 577 min mln. kv/saat, Türkiyədən isə 36 mln. 488 min mln. kv/saat elektrik enerjisi idxal edib.
 
Gürcüstandan Azərbaycana isə elektrik enerjisinin ixracı yalnız aprel ayında həyata keçirilib. İxrac olunmuş elektrik enerjisinin həcmi 1 mln. 403 min kv/saat təşkil edib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 10,34 dəfə çoxdur. 

Ötən ay qonşu ölkədən Rusiyaya 23 mln. 446 min kv/saat,  Ermənistana isə 36 mln. 874 min kv/saat elektrik enerjisi ixrac olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti