Azərbaycanın XİN başçısı İstanbulda İƏT toplantısında iştirak edəcək

17-05-2018, 11:46
Oxunub: 244
Görüş iştirakçıları Qəzza sektoru sərhədində baş verən zorakılıqları müzakirə edəcəklər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstində baş verən hadisələrə həsr olunmuş iclasına qatılmaq üçün İstanbula gedəcək.

Bu barədə Report-un Türkiyə bürosu diplomatik mənbələrə istinadən xəbər verir.

Qeyd edək ki, mayın 18-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İƏT-in növbədənkənar sammiti keçiriləcək. Görüş iştirakçıları Qəzza sektoru sərhədində baş verən zorakılıqları müzakirə edəcəklər.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağı sərhədi yaxınlığında israilli hərbçilərlə toqquşmalar zamanı ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən 60-dan çox fələstinli öldürülüb, təqribən, 3 min nəfər yaralanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti