Dövlət Miqrasiya Xidmətinin rəisi bəzi şəxslərin işdən kənarlaşdırılacağını bəyan edib

17-05-2018, 11:27
Oxunub: 228
"Müəyyən təlim potensialını gücləndiririk"


"Kadr islahatları bizim daxili idarəçiliyimizin bir hissəsidir".

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O bildirib ki, kadr islahatları mütəmadi aparılan prosesdir: "O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir, onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir.

Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti