"Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir"

17-05-2018, 11:15
Oxunub: 218
"Qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər"


Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kript ovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq. 

Report-un verdiyi xəbərə görə, nazirliyin mövqeyini qurumun Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov açıqlayıb. 

"Azərbaycanda kriptovalyuta əməliyyatlarını əsasən fiziki şəxslər həyata keçirir. Hesab edirik ki, bu insanların apardığı əməliyyatlar qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməli, həmin şəxslər vergi orqanlarında uçota durmalıdır, qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər", - deyə o, qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti