"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi hazırlanıb

17-05-2018, 11:08
Oxunub: 243
"Bu istiqamətdə yeni məhsullların yaradılmasının şahidi olacağıq"


"Azərbaycanda ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır".

Report-un verdiyi xəbərə görə bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. 

"Azərbaycan bazarında informasiya texnologiyarının yeniliklərinə ən tez reaksiya verənlər ödəniş xidmətləri təchizatçılarıdır. Bunun üçün də bu sahədə hüquqi çərçivənin formalaşdırılması üçün "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinin hazırlanması qarşımızda labüd bir vəzifə kimi qoyulub. Layihə artıq yekun fazadadır. Qanunun tətbiqi ilə ödəniş xidməti təchizatçılarının sayı artacaq, yeni elektron pulların tətbiqi həyata keçiriləcək. Bu istiqamətdə yeni məhsullların yaradılmasının şahidi olacağıq", - o qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti