ABŞ KXDR-dən nüvə başlıqlarını ölkədən xaricə çıxartmağı tələb edir

17-05-2018, 10:45
Oxunub: 246
Bu, Pxenyana, xüsusilə də Cənubi Koreya və Çin tərəfindən humanitar yardımın göstərilməsinə yol açacaq


ABŞ KXDR-lə danışıqlarda tələb edir ki, Pxenyan yarım il ərzində malik olduğu nüvə başlıqlarını, radioaktiv materialları və qitələrarası ballistik raketlərin ən azı bir hissəsini ölkə xaricinə çıxartsın.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı məlumatlı mənbəyə istinədən Yaponiyanın "Asahi" qəzeti yazıb.

Vaşinqton nüvə silahı, material və raketlərin çıxarılması müqabilində KXDR-i terroru himayə edən ölkələr siyahısından xaric etməyə hazır olduğunu ifadə edib. Bu, bildirildiyinə görə Pxenyana, xüsusilə də Cənubi Koreya və Çin tərəfindən humanitar yardımın göstərilməsinə yol açacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti