“Özbəkneftqaz”, SOCAR və BP Azərbaijan şirkətləri arasında sənədlər imzalanıb

16-05-2018, 19:45
Oxunub: 187
“BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayli imzalayıblar


Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgisi çərçivəsində “Özbəkneftqaz”, SOCARvə BP Azərbaijan şirkətləri “Özbəkistan Respublikasında yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” və “Özbəkistanın “Özbəkneftqaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” imzalanıb.

Report AZƏRTAC-a istinadən xəbər verir ki, sənədləri “Özbəkneftqaz” sədrinin birinci müavini Uluqbek Saidov, SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayli imzalayıblar. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti