İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək

16-05-2018, 18:51
Oxunub: 224
Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər


Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-də, saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. 

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər. 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti