HAMAS İsrailin Qəzzaya göndərdiyi humanitar yardımdan imtina edib

16-05-2018, 15:39
Oxunub: 203
"İsrail hökuməti dünən bölgəyə böyük miqdarda humanitar yardım daşıyan iki yük maşını göndərib"


"Hazırda Qəzza zolağında təhlükəsizlikə bağlı mövcud vəziyyət və tibbi avadanlıqların çatışmaması ilə əlaqədar İsrail hökuməti dünən bölgəyə böyük miqdarda humanitar yardım daşıyan iki yük maşını göndərib".

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, göndərilmiş humanitar yardım Qəzzaya daxil olsa da, geri qaytarılıb: "Səhiyyə sisteminin ağır vəziyyəti və tibbi təchizatın olmamasına baxmayaraq, HAMAS  humanitar yardımı qəbul etməkdən imtina edib və yerli hakimyyət orqanlarına onları İsrailə geri göndərməyi tapşırıb".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti