Azərbaycanda neft hasilatı 1,4% artıb

16-05-2018, 15:26
Oxunub: 163
Hesabat dövründə neft hasilatı illik müqayisədə 1,4% artıb


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 817,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 12 799,9 min tonunu əmtəəlik xam neft təşkil edib.

Hesabat dövründə neft hasilatı illik müqayisədə 1,4% artıb.

Bu il mayın 1-nə 250,7 min ton hazır məhsul ehtiyatı olub.

İlin 4 ayı ərzində Azərbaycanda 9 280,7 mln. kubmetr təbii qaz hasil edilib. Qaz hasilatının həcmi ötən ilin 4 ayından 5,8% az olub. Yanvar-aprel aylarında hasil edilən təbii qazın 5 602,7 mln. kubmetri əmtəəlik qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 10,8% azdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti