Vergilər Nazirliyinin aparat rəhbəri dəyişib

16-05-2018, 15:00
Oxunub: 200
Mikayıl Cabbarov Nazim Səmədovu aparat rəhbəri təyin edib


 Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. 

Report xəbər verir ki, nazir Mikayıl Cabbarov Nazim Səmədovu aparat rəhbəri təyin edib.

O, indiyə qədər mədəniyyət nazirinin müavini olub və yeni vəzifəsində Nigar Alimovanı əvəz edib. Keçmiş aparat rəhbərinin isə nazirlikdə yeni yaradılmış Sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması (katiblik) Departamentinə rəhbər təyin edildiyi bildirilir. 

Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti