Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb

16-05-2018, 14:30
Oxunub: 223
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Orta Şərqdəki vəziyyəti müzakirə edəcəklər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo bu il iyunun 4-də Vaşinqtonda görüşəcək.

Report xəbər verir ki, bu məlumatı "Haberler" saytı yayıb.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Orta Şərqdəki vəziyyəti, ikitərəfli əlaqələri, terrorçu PKK və FETÖ qruplaşmalarına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Mövlud Çavuşoğlu ilə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson arasında bu ilin martın 19-da Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi istefa verdiyindən bu görüş təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti