Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib

16-05-2018, 14:15
Oxunub: 190
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib


Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var.

Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti