KXDR-in etirazına baxmayaraq Cənubi Koreya ABŞ ilə birgə təlimlərə davam edəcək

16-05-2018, 14:12
Oxunub: 203
"Təlimlərin məqsədi əməliyyat planı və ya hücum tapşırığı yox, pilotların bacarığının artırılmasıdır"


Cənubi Koreya və ABŞ KXDR-in etirazlarına baxmayaraq, "Max Thunder" Hərbi Hava Qüvvələrinin birgə manevrlərini davam etdirəcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Təlimlər plana uyğun şəkildə davam edəcək, nə Cənubi Koreyanın, nə də ABŞ-ın bu məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Təlimlərin məqsədi əməliyyat planı və ya hücum tapşırığı yox, pilotların bacarığının artırılmasıdır", - nazirlikdən bildirilib.

Qeyd edək ki, daha əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi keçən həftə ABŞ-Cənubi Koreya "Max Thunder" hərbi-hava təlimlərinin başlaması səbəbindən KXDR hökumətinin mayın 16-na təyin edilən rəsmi Seul ilə danışıqları ləğv etdiyini xəbər verib. Rəsmi Pxenyan həmçinin ABŞ-KXDR sammitinin keçirilməsini də sual altında qoyub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti