Aİ İranla ticarətdə dollardan avroya keçmək istəyir

16-05-2018, 14:09
Oxunub: 196
"Söhbət, ilk növbədə, neft, qaz və neft məhsullarının alış-veriş zamanı həyata keçirilən ticarət əməliyyatlarından gedir"


Avropa İttifaqı (Aİ) İranla ticarət mübadiləsi zamanı ABŞ dollarından imtina edərək avroya keçmək niyyətindədir.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Brüsseldəki (Belçika) diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, söhbət, ilk növbədə, neft, qaz və neft məhsullarının alış-veriş zamanı həyata keçirilən ticarət əməliyyatlarından gedir. 

Qeyd edək ki, bundan öncə İranın "Avropa üçlüyü" ölkələri ilə (Böyük Britaniya, Almaniya, Fransa), ABŞ-ın "nüvə sazişi"ndən çıxmasına cavab olaraq iqtisadi əlaqələrin gücləndirilməsinə dəstək proqramı hazırladığı məlum olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti