Bu il Azərbaycan 71 mln. dollarlıq buğda idxal edib

16-05-2018, 14:05
Oxunub: 194
Bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 145 min 447,79 ton və ya 55,64% çoxdur


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 70 mln. 971,29 min dollar dəyərində 406 min 842,41 ton buğda idxal edib.

Bu barədə APA-Economics Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 145 min 447,79 ton və ya 55,64% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 22 mln. 509,38 min dollar və ya 46,44% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 461,91 min dollar dəyərində 261 min 394,62 ton buğda idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,35%-ni təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti