"Türkiyədə qadağa qoyulan məhsulların Azərbaycanda satışı qeydə alınmayıb"

16-05-2018, 11:51
Oxunub: 234
Həmin qida məhsullarının Azərbaycana gətirilməsi ilə bağlı ölkədə müvafiq qurumlarla əlaqə saxlanılıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyədə satışına qadağa qoyulan bəzi qida məhsullarının ölkəyə gətirilib-gətirilməməsi barədə suallara cavab verib.

Report-un sualını cavablandıran sədr qeyd edib ki, həmin qida məhsullarının Azərbaycana gətirilməsi ilə bağlı ölkədə müvafiq qurumlarla əlaqə saxlanılıb. O vurğulayıb ki, həmin siyahıda olan məhsulların Azərbaycanda satışı yoxdur: "Azərbaycanın Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyindən bizə daxil olan məlumatına görə idxal prosesində həmin şirkətlərin heç biri təmsil olunmayıb. Buna baxmayaq ticarət şəbəkələrində monitorinq həyata keçirildi və satış qeydə alınmadı". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti