Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 36% artıb

16-05-2018, 11:29
Oxunub: 189
Gömrük daxilolmaları ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 269 mln. 488,51 min manat artıb


Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 27 mln. 581,90 min manat daxil olub.

APA-Economics komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 269 mln. 488,51 min manat və ya 35,55% artıb.

Ötən 4 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 264 mln. 16,30 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 709 mln. 993,10 min manat, aksizlər üzrə 42 mln. 424 min manat, yol vergisi üzrə isə 11 mln. 148,50 manat təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti