“Silk Way Holding”in Dubaydakı törəməsi Azərbaycanda filial açıb

16-05-2018, 11:13
Oxunub: 160
Nazirlik “Silk Way Cargo Services FZE” şirkətinin yerli filialını dövlət qeydiyyatına alıb


“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Airlines” MMC-nin Dubaydakı (BƏƏ) beynəlxalq ofisinin Azərbaycanda filialı açılıb.

Bu barədə Etatist.com Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə nazirlik “Silk Way Cargo Services FZE” şirkətinin yerli filialını dövlət qeydiyyatına alıb. Filialın hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 21, qanuni təmsilçisi isə Camal Adil oğlu Paşayevdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti