Azərbaycan DİN-in nümayəndə heyəti Qazaxıstanda səfərdədir

16-05-2018, 11:10
Oxunub: 307
Görüşlərdə iki dövlətin Daxili İşlər nazirliklərinin sahə bölmələrinin rəhbərləri də iştirak ediblər


Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərlik etdiyi DİN nümayəndə heyəti Astanada səfərdədir.

Report "Kazakhstan Today"ə istinadən xəbər verir ki, səfər zamanı Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Kalmuxanbet Qasımov və bu ölkənin daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymenovla görüşlər keçirilib. Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşlərdə iki dövlətin Daxili İşlər nazirliklərinin sahə bölmələrinin rəhbərləri də iştirak ediblər.

Səfər mayın 17-də başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti