Cənubi Koreya KXDR-in görüşdən imtina etməsinə cavab verib

16-05-2018, 10:56
Oxunub: 236
"Şimalın hər il keçirilən Cənubi Koreya-ABŞ təlimlərinə görə danışıqları təxirə salması təəssüf doğurur"


Cənubi Koreyanın hakimiyyət orqanları Koreya Xalq Demokratik Respublikasının (KXDR) Phanmundjo sərhəd məntəqəsində mayın 16-da yüksək səviyyəli görüşdən imtina etməsinə təssüf ediblər.

Report "RT"ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyinin bəyanatında bildirilir.

"Şimalın (KXDR) hər il keçirilən Cənubi Koreya-ABŞ təlimlərinə görə danışıqları təxirə salması təəssüf doğurur", - deyə bəyanatda bildirilir.

Bəyanatda həmçinin deyilir ki, Koreya Xalq Demokratik Respublikasının danışıqlardan imtinası iki ölkə liderlərinin arasında nail olunmuş razılaşmaların hədəfinə və ruhuna uyğun deyil.

Qeyd edək ki, bu gün iki ölkənin yüksək səviyyəli hökumət nümayəndələrinin danışıqları planlaşdırılırdı. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti