ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

15-05-2018, 19:46
Oxunub: 214
"Elmar Məmmədyarov intensiv danışıqlara hazır olduğunu bildirib"


ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə iyunda görüşməyi planlaşdırırlar.  

Report-un məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair yaydıqları bəyanatda bildirilir. 

"Mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olunması yolları müzakirə edilib. Anjey Kaspişik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Elmar Məmmədyarov intensiv danışıqlara hazır olduğunu bildirib", - bəyanatda qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti